Abituriyentlərin peşə seçiminə azadlıq verilməlidir

Kamran Əsədov: "Gələcəyin ehtiyac duyulası ixtisaslarından biri də Nanotexnologiyadır"

  Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə ixtisas seçimində diqqətli olmağı tövsiyə edib.  Diqqətli deyərkən, topladığı bala uyğunluq, dövlət sifarişli və ya ödənişli təhsil nəzərdə tutulmur. Bunların öz yeri var, amma M.Abbaszadənin əsas hədəfi abituriyentlərin gələcəyə hesablanan ixtisaslara yiyələnməsidir. Düzgün ixtisas seçimi dedikdə, DİM Direktorlar Şurasının sədri məhz bunu nəzərdə tutub. "Yüksəliş" müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda çıxışı zamanı belə də deyib: “Bir ixtisası ömürlük seçmək artıq mümkün deyil. Mühasib işi 5 ildən sonra lazım olmaya bilər. 

Bu gün mühasibatlıq sahəsində icra olunan proqramlar onu əvəz edir. Bundan sonra hər hansı alətlərlə işləməyi bacaran maliyyəçilər lazım olacaq. İxtisas seçimi deyil, fəaliyyət istiqaməti əsas amildir".  Gərək M.Abbaszadə bir çox hallarda valideynlərin  övladlarının ixtisas, peşə seçiminə kobud müdaxiləsini də qeyd edəydi. Nə edəsən ki, Azərbaycan insanının təfəkküründə ən yaxşı peşə hələ də həkimlik və hakimlikdir. Baxmayın, son illərdə iqtisadiyyata da maraq artıb. Həkim-hakim hələ də ağır gəlir. Heç olmasa, abituriyentlər M.Abbaszadənin çağırışına qulaq versin. Hər halda xeyir taparlar. 

Bəs qəbul imtahanlarını uğurla başa vurmuş abituriyentlər hansı ixtisaslara üstünlük versə, gələcəkdə nəinki işsiz qalmayacaq, üstəlik onları “əldə çıraq” axtaracaqlar? 

  Bu barədə təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə danışdı: 

- Artıq qəbul imtahanlarının bir mərhələsi başa çatıb, abituriyentlər ilkin balları ilə məlumatlıdırlar. Daha ciddi bir mərhələ bundan sonra başlayır. İmtahanda iştirak edib müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

  K.Əsədov bildirdi ki, pandemiya dövründə əmək bazarında yeni ixtisaslara ehtiyac yaranıb: 

- 2021-ci ildə bütün idarəetmənin onlayn rejimə keçməsi gələcəkdə bu istiqamdə ixtisaslara daha çox ehtiyacın olacağını qaçılmaz edir. Pandemiya və vövqəladə vəziyyətlərdə insanlar evdə qalırlar. Bu dövrdə onlar həm işlərini görmək, həm də asudə vaxtlarını keçirmək üçün kompüter və onunla oyunlara daha çox vaxt ayırırlar ki, gələcəkdə də ehtiyac olunan ixtisaslardan biri kompüter oyunu dizaynı ixtisasıdır. Dövrümüzdə oyun dizaynı tələbələri 2010-cu ildə 55.5 milyard dollardan 2021-ci ildə 92.4 milyard dollara çatması gözlənilən bir sektora qatılır. "Becker College" qonşusu "Worcester Polytechnic Institute" ilə birlikdə gələcəyin oyun dizaynerləri üçün ən məşhur bir ünvan vəziyyətindədirlər. Digərləri isə "DePaul University", "Michigan State University" və "Rochester Institute of Technology"dir. DePaulun Proqramlaşdırma və Rəqəmsal Media bölümü dekan köməkçisi Lucia Dettori “Bu vəziyyət xilasedici, əsgər və təşkilati işçiləri öyrətmə tərzimizi, alver şəklimizi və məhsulların bizə təqdim edilmə formasına da təsir edir,” deyir. Bu hissənin məzunları oyun istehsalı, inkişaf etdirməsi, dizaynı, sənəti, proqramlaşdırması, kompüter qrafikləri və insan-kompüter qarşılıqlı əlaqəsi sahələrində çalışır. Eyni zamanda oyun studiyalarında və memarlıqda, tibdə, hüquqda və interaktiv simulyasiyası istifadə edildiyi digər sektorlarda da işləyə bilirlər.  Həmçinin pandemiya dövrü Səhiyyə informasiyası və ya İnformasiya rəhbərliyi ixtisasına zəruri tələbatın olduğunu göstərdi.

Ekspertin fikrincə, enerji, su, yemək və iqlimin əsrin problemlərini meydana gətirdiyi dövrümüzdə ekoloji işlər sahəsindəki proqramlar gedərək yayılır: 

- Məsələn, "University of Wisconsin-Madison"dakı tələbələr artıq ya ekoloji araşdırmalar ya da ətraf elmləri sahələrində təhsil alır. Ekoloji işlər tələbələrin sağlamlıq, qida və kənd təsərrüfatı, enerji, bio-müxtəliflik, iqlim, tarix və mədəniyyət, torpaq istifadəsi və siyasət dərsləri arasından seçim etməsini tələb edən fənlərarası bir dərəcədir. Yüksək təhsildə Davamlılığın İnkişaf etdirilməsi Dərnəyinə görə ekoloji işlərlə əlaqədar sahələrdən olan və bioloji sistemlərin müxtəlifliyini və məhsuldarlığını davam etdirməyə yönəlmiş davamlılıq sahəsində (aralarında Arizona State University, Pennsylvania State University, University of Kentucky və University of Oklahomanın da olduğu) 35-ə qədər ABŞ universiteti bakalavr dərəcəsi təklif edir. 

  Pandemiya dövründə bütün xidmətlərin onlayn formada həyata keçirilməsi İnformasiya təhlükəsizliyi və ya virtual təhlükəsizlik ixtisasına tələbatı zəruri edir. 

ABŞ Milli Təhlükəsizlik Təşkilatı köhnə informasiya təhlükəsizliyi texniki direktoru Dickie Corc virtual təhlükəsizlik və ya informasiya təhlükəsizliyi mövzularında iş tələbinin “son on ildə 10 qat artdığını” ifadə edir. Milli Təhlükəsizlik Təşkilatı Daxili Təhlükəsizlik hissəsiylə birlikdə İnformasiya təhlükəsizliyinə Akademik Mükəmməliyyət Milli Mərkəzlərini dəstəkləyərək bu mərkəz vasitəsilə tələbələrə ölkənin informasiya infrastrukturundakı zəiflikləri təyin etmə və təmir etməyi öyrətmək üçün lazımlı standartları qarşılayan məktəbləri müəyyənləşdirir. 

"Mississippi State University", "University of Tulsa", "Dartmouth College" və "Carnegie Mellon University" bakalavr proqramı təqdim edən 166 təşkilatın arasında iştirak edən müvəffəqiyyət mərkəzləridir. İnformasiya təhlükəsizliyi tələbələri kompüter sistemlərini, şəbəkələri və fərdi kompüterləri viruslardan, kompüter piratlarından, terror hədələrindən və təşkilati casusluqlardan qorumaq üçün lazımlı olan texniki mövzuları öyrənər. Tələbələr fərqli müəssisə modellərini, gizlilik və təhlükəsizlik protokollarını öyrənmək üçün E-ticarət dərslərinin yanında kompüter cinayətləri və məhkəmə informasiya dərsləri də ala bilməkdədir. Tələbələr eyni zamanda müasir informasiya sistemlərini planlamağı, analiz etməyi, dizayn və tətbiqi də öyrənir.

  K.Əsədovun fikrincə, gələcəyin ehtiyac duyulası ixtisaslarından biri də Nanotexnologiyadır: 

- Bu yeni elm budağı bir metrin milyardda birindən başlayan mikroskopik dünyada maddələrdə ortaya çıxan fiziki, kimyəvi və bioloji xüsusiyyətlərdən bəhs edir. Nano vəsaitlər hazırda qolf dəyənəklərinin, xizək vəsaitlərinin, avtomobil parçalarının və dental implantların gücləndirilməsinə köməkçi kimi istifadə edilməkdədir və gələcəyin bina və körpülərinin daha yüngül və möhkəm olmasına köməkçi olmaları gözlənilir. Nanotexnologiya əsaslı dərmanlar toksik dərmanları birbaşa şişlərə göndərməyi vəd etməkdə və bu texnologiya daha enerji qənaətli yanacaq hüceyrələrinin, günəş panellərinin, batareyaların hazırlanmasında və ətraf təmizliyində əsas rol oynaya biləcək mövqedədir.

 Bu sektorun 2015-ci ilə qədər qlobal miqyasda 2.4 trilyon dollarlıq bir böyüməyə çatması və 2023-ci ilə qədər də 2 milyon insana məşğulluq təmin etməsi gözlənilir. "University at Albany-SUNY" ölkənin ilk nanotexnologiya magistratura proqramını 2004-cü ildə başladıb və 2010-ci ildə isə iki bakalavr dərəcəsi açıb. 

Bu dərəcələr tələbələri magistraturaya, nano əsaslı sektorlara və ya əsas araşdırmalara; fiziki elmlər, vəsait elmi, fizika, biofizika, kimya və ya biokimya sahələrindəki işlərə hazırlamaqdadır. 

Oxşar ixtisaslar açan məktəblər arasında "Drexel University", "Louisiana Tech University" və "University of Central Florida" iştirak etməkdədir. Abituriyentlər önündə xeyli fərqli imkanlar var. Odur ki, abituriyentlərimizə doğru seçim etmələrini məsləhət görürük.