Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanının növbəti mərhələsinin baş tutacağı tarix yaxın həftələrdə açıqlanacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Sherg.az"a açıqlamasında bildirib. Onun sözlərinə görə, test imtahanının növbəti mərhələsinin keçirilməsi nəzərdə tutulan təhsil müəssisələri ilə bağlı qısa müddət ərzində məlumat veriləcək:
"Tarixi bəlli olan təhsilverənlərin test imtahanı mərhələsi sabah bitir. Yaxın həftələrdə digər bölgələrin və ETN-ə tabe olan internat məktəblərinin ümumtəhsil sinif müəllimləri üçün imtahan təşkili tarixi elan olunacaq".