"Azərbaycan - İtaliya əlaqələri təkcə siyasi, iqtisadi, mədəni deyil, təhsil istiqamətin də günü-gündən inkişaf edir. Ölkəmizdə İtaliya məktəblərinin, İtaliyada isə İtaliya-Azərbaycan universitetinin yaradılması prioritet məsələlərdəndir. Hazırda müvafiq işlər görülür".
Bu sözləri "Sherg.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, ölkəmizdə regionşünaslıq, italyan dili üzrə tərcüməçilik ixtisasları mövcuddur:
“Praktik fəaliyyət ilə bağlı komissiya yaradılmalıdır. Surətləndirilmiş iş rejimində çalışmalıdır. Universitet də müasir dövrün tələblərinə uyğun ixtisasların tədrisi daha əhəmiyyətli ola bilər".