Bu il tələbə adını qazanmış ən gənc abituriyentin 15 yaşı var

Bu il Azərbaycanda tələbə adını qazanmış ən gənc abituriyentin 15 yaşı var.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.
O bildirib ki, ən gənc tələbə 17 mart 2007-ci il təvəllüdlü Əsmər Məmmədovadır.
“Əsmər Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub”, - deyə qurum rəsmisi qeyd edib.