Nazir:"Keyfiyyətli müəllim çatışmazlığı kimi problemimiz yoxdur"

Əvvəlki illərdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikasiya nəticələri əhəmiyyətli dərəcədə yüksək olub.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.

O bildirib ki, hər iki nəticə arasında yüksək sayıla biləcək 71 faiz əlaqə mövcuddur.

"Sertifikasiyada bu qrup üzrə orta bal 53 olub", - o deyib.

Nazir müəllim çatışmazlığı və ya keyfiyyətli müəllim çatışmazlığı kimi problemin olmadığını deyib.

“Arxadan gələn müəllimlər daha savadlıdır və onlar üçün yerlərimiz var”, - o deyib.