Ağalı kəndində dərslər 15 sentyabrda başlayacaq - VİDEO

“Ağalı kəndində tədrisin təşkili ilə bağlı həm müəllim, həm də direktor təyinatı olub”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, sentyabrın 15-i Ağalıda dərslər başlayacaq:
“Orada tədrislə bağlı ciddi problem gözləmirik, əlbəttə ki, ilkin mərhələdə hər hansı problemlər ola bilər. Bunlar da dərhal həll olunacaq. Sentyarın 15-i Ağalı kənd məktəbində ilk zəng vurulacaq. İnanıram ki, bu bizim xalqımız və təhsilimiz üçün ən vacib hadisələrdən biri olacaq”.
Daha ətraflı Baku TV-nin süjetində: