Nazir: Sertifikatlaşmada kifayət qədər yaxşı nəticələr olub

“Sertifikatlaşmanın bizə verdiyi ən vacib informasiya ondan ibarət oldu ki, müəllimlərimizin 98 faizə qədəri sertifikatlaşma prosesində iştirak etdi”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu müəllimlərin bizə etimadının göstəricisidir: “Məhz prosesin sonunda kifayət qədər yaxşı nəticələrlə ayrıldıq. İnanıram ki, bu yolda biz irəliləyərək Azərbaycan təhsilinin daha hazırlıqlı olmasını təmin edə biləcəyik”.