BDU-da payız semestri hansı formada təşkil olunacaq?

Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestri ənənəvi formada təşkil olunacaq. 
Bu barədə BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.
Bununla yanaşı, fakültə və kafedralarla məsləhətləşməklə ümumi fənn blokuna daxil olan bəzi fənlərin onlayn keçirilməsinə imkan yaradıla bilər.