Azərbaycanda məktəbdə şagirdlərin zəhərlənmə səbəbi məlum oldu - YENİLƏNİB

Gəncə şəhər 3 nömrəli tam orta məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi açıqlanıb.
Məktəbdən “Report”a verilən məlumata görə, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. 
“Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər”, - məktəbdən qeyd edilib.

13:53

Oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
Bu barədə “Report”a TƏBİB-ə bildirilib.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.

13:30

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Məktəbin 6 şagirdi zəhərlənib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı APA-ya təsdiqləyiblər.