Şagirdlərin yerdəyişməsinə başlanılıb


Bu gündən ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilib.

Oxu.Az-ın xəbərinə görə, proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, sentyabrın 5-də şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.