“Expressbank” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında memorandum imzalandı

Sadəcə bank və maliyyə sektorunda deyil, təhsil və karyera planlaması sahəsində də uğurlu fəaliyyətini davam etdirən “Expressbank”, gənclərin və tələbələrin inkişafına dəstək olmaqdan, bu istiqamətdə səmərəli işlərini və əməkdaşlığını genişləndirməkdən məmnunluq duyur.
Daha bir sıx və uğurlu əməkdaşlığın təməli isə Azərbaycan Dövlət İqtisad Universitetində atılıb.
Belə ki, 26 oktyabr 2022-ci il tarixində “Expressbank” ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun iştirakı ilə “Expressbank” ASC və “UNEC” arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb.
Görüş zamanı müasir dövrdə maliyyə təşkilatları ilə universitetlərin sıx əməkdaşlığının nəticələri, müəyyən bacarıqların həlledici əhəmiyyəti və digər strateji məsələlər haqqında faydalı müzakirələr aparılıb. Həmçinin, bank və universitet arasında olan əməkdaşlığın daha intensivləşdirilməsi və inkişafı nəzərdən keçirilib. “Expressbank”  daim tələbələrin inkişaf yolunda onların yanında yer almaqdan və dəyər yaradan bank olmaqdan məmnundur və bu yöndə olan məhsuldar fəaliyyətini davam etdirəcəkdir.