Deputat: "Universitet müəllimlərinin maaşlarının fərqli olması narahatlıq doğurur"

"Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllimlərinin maaşlarının fərqli olması narahatlıq doğurur".
“Report”un məlumatına görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bəzi universitetlərdə maaşlar 2-3 dəfə, bəzilərində isə aşağıdır: “Qiymət artımına baxanda müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır".
Deputat deyib ki, daha bir narahatlıq doğuran məsələlərdən biri kişi müəllimlərin sayının azlığıdır: "Kişilər daha çox özəl sektora meyilli olurlar. Hesab edirəm ki, maaşların artırılması müəllimlik peşəsinə marağı da artırmış olar. Həmçinin tələbə təqaüdlərinin məbləğinin artırılması da gündəmdə olmalıdır”.