Heydər Əliyevin Təhsildə rolu...


Gələcəyimizi,bu günümüzü düşünən Ulu Önderimiz Heydər Əliyev sözün əsil mənasında uzaq görən bir insan idi.Heydər Əliyev çox vətənpərvər insan olub.Beləki,vətən,xalq,millət onun üçün hərşeydən qabaq gəlirdi. Heydər Əliyev təhsilə çox önəm verib. Heydər Əliyev xalqının savadlı olması üçün bu sahədə müxtəlif islahatlar keçirib.
  Heydər Əliyev demişdir: “Təhsil millətin gələcəyidir”. Təhsilin inkişafı sahəsində Ulu Öndər Heydər Əliyevin xidmətləri iki istiqamətdə getmişdir:

Heydər Əliyev milli tərbiyə və təhsilə dair nəzəri göstərişləri.
Heydər Əliyev milli təhsil quruculuğunda,təhsilin müxtəlif  sahələrinin ahəngdar inkişaf yolunda gördüyü işlər.
Heydər Əliyev təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin mühüm sahəsi olduğunu ön plana çəkmişdir. Azərbaycan təhsilinin son 30 illik tarixi inkişafının təhlili göstərir ki, milli təhsilimiz aşağıdakı mərhələlərdən keçmişdir:
Azərbaycantəhsilinin  inkişafınınyüksəlişləri (1970-1982)
Azərbaycantəhsili 1982-1987-ci illər
Azərbaycantəhsilidepressiyaillərində (1988-1993)
MüstəqilAzərbaycanda  yenitəhsilquruculuğudövrü

Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünə məxsusluğu ilə seçilir. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi  mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır.

Heydər Əliyev gəncləri yüksək qiymətləndirmişdir. Beləki, Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti məhz 1993-cü ildən həyata keçirilməyə başlamış və bu iş bilabasitə Heydər Əliyevin adı ilə bağlı olmuşdur.

Ulu Öndər Heydər Əliyev təhsildən danışarkən demişdir: 

“Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”
Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə yüzlərlə yeni tədris ocaqları, hərbi məktəblər və Ali məktəb ocaqları açılmışdır. Burada gənclərin yüksək ixtisaslı mütəxəsis kimi hazırlanmasına imkan yaradılmışdır.
  Heydər Əliyevin  keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Bu illərdə Heydər Əliyev dövlətin bütünlükdə təhsil sisteminə rəhbərlik edirdi. Heydər Əliyev gənclərlə görüşür, onların problemlərini həll etməyə çalışırdı. Eyni zamanda Heydər Əliyev gənclərin xarici ölkələrdə təhsil alması üçün lazimi tədbirlər həyata keçirirdi. 1988-ci ildən sonra ölkəmizdə tənəzzül  və depressiya illəri başlayır. Bu dövr 1988-1993-cü illəri əhatə edir. Xalqımız üçün ağır illər olsada, Heydər Əliyevin islahatları nəticəsində xalq öz qüdrətini itirmir.

   Dövlətimiz müstəqillik əldə etdikdən sonra (18-Oktyabr 1991) cəmiyyətimizin hər bir sahəsində o cümlədən təhsil sahəsində canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikici dövrü olan 1993-2003-cü illərdə bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Əlbəttəki bu dövrdə Heydər Əliyevin yeni ideyaları, metodları özünü göstərir. Heydər Əliyevin siyasətinin nəticəsində orta məktəblərdə və ali təhsil ocaqlarında struktur dəyişikliklər baş vermişdir. Təhsil ocaqlarının maddi-texniki bazasının möhləmləndirilməsi istiqamətində lazimi quruculuq işləri görülmüşdür. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Bu işlər hamısı Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü sayəsində həyata keçirilib.

Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verəcəkdir.

  Xeyirxahlığı, sadəliyi, vətənpərvərliyi ilə seçilən Heydər Əliyev məhz indiyə kimi bu xalqın yaddaşından çıxmamışdır. Məhz hər il May ayının 10-u hərkəs Ulu Öndərimiz Heydər Əliyevi yad edir. Heydər Əliyevin dövlətimizə verdiyi dəyərlər heç vaxt unudulmayacaqdır. 

  “Heydər Əliyev o qədər cana yaxın, sadə insan idi ki, məhz hər evdə Heydər Baba deyirdilər. Hələdə yadımdadır, Heydər Əliyev 12-dekabr 2003-cü ildə dünyasını dəyişən günü evimizdə hamı ağlayırdı. Mən anama dedimki, niyə hamı ağlayır?. Anam dedi ki, Heydər Baba ölüb. O gün yadımdan çıxmaz o qədər ağlamışdım ki. Mən deyərdim ki, hər evdə bu hadisə yaşanıb. Məhz Heydər Əliyev ailəmizdən, bizdən biri idi”.  

Heydər Əliyevi tanıyan hərkəs onun necə uzaqgörən və bacarıqlı dövlət başçısı olduğunu deyir. Heydər Əliyev tək təhsildə deyil, Azərbaycanın dünyaya tanınmasında və Dağlıq Qarabağın azadlığı uğrunda qərarlı danışıqlar aparmış,eyni zamanda əhalinin təhlükəsizliyinin qorunması, insanların rifah halının yaxşılaşması üçün bir çox uğurlu tədbirlər həyata keçirmişdir.
                                                                                          
Mürsəlova Mədinə