Peşə təhsilinin təbliği: Qızına təhsil verən dizini döyməz! - RƏY

"Peşə təhsili alan qızların sayı artmalıdır".
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, qadınların gələcəkdə öz ayaqları üzərində dayana bilməsi üçün əllərində sənəd olmalıdır: "Ona görə də qızlar orta məktəblərin yuxarı sinfinə getmək istəməyən qızlar peşə məktəblərində müəyyən sahələr üzrə təhsil ala bilər. Bununla da hansısa peşəyə yiyələnməklə ən az əllərində sənəd olar. Nəticədə gələcəkdə öz ayaqları üzərində dayana, ailəsini dolandıra bilər. Ona görə də bu istiqamətdə işləri gücləndirmək lazımdır. Artıq müəyyən işlər görülür”.                                                                                Həmin təklif ilə bağlı "Sherg.az"la fikirlərini bölüşən  sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri də peşə təhsili alan qızların sayının artmasının tərafdarıdır:  

“Hətta bu geçikmiş bir təklifdir. Çünki ölkəmizdə peşə təhsili mərkəzləri ali təhsil müəsisələrindən, kolleclərdən fərqli olaraq əmək bazarına praktiki və daha az zaman ərzində kadr hazırlamaq qabiliyyətinə malikdir. Müasir dövrdə peşə-ixtisas təhsili müəssisələri əmək bazarı üçün daha faydalıdır, nəinki universitetlər. Təbii ki, ali məktəbləri peşə məktəbləri ilə müqayisə edə bilmərik. Amma istehsal dünyasının da öz tərəfləri var. Şərabçılıq, otelçilik, aşbazlıq kimi ixtisaslar lazımlı peşələrdir. Univeritetlərdə bu ixtisasların bəziləri tədris olunmur. 
Təhsil sistemini əsasən ali məktəblər üzərində qurulub, ona görə də,  peşə məktəbləri sıradan çıxır. Bu istiqamətdə tələbələrin sayını artırsaq, peşəkar kadr boşluğunu aradan qaldırmaq mümkün olar. Bir çox ixtisaslar var ki, xanımlar  üçün daha uyğundur. Məsələn, dərzi,  saç, şirniyyat ustası peşələri. Hər birimizin yaşadığı ərazilərdə həmin peşə sahiblərinə ehtiyac var".                                                      
Ekspert qeyd edib ki, peşə-ixtisas təhsil müəssisələrinin önəmi kiçildilməməlidir: "Qızları daha çox bu mərkəzlərə yönləndirməliyik. Təhsil mərkəzinin baş redaktoru olarkən bir layihə təşkil etmişdik. Həmin layihə ailə təhsil almasına baxmayaraq peşə məktəbinə müraciət edənlərdən bəhs edirdi. Onları əksəriyyəti isə qızlardan ibarət idi".