Təhsil tələbə kreditlərinin verilməyə başlandığı 25 noyabr 2021-ci il tarixdən bugünədək Təhsil Tələbə Krediti Fonduna 45 000-dən çox tələbənin elektron müraciəti daxil olub.
Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib.
Onun sözlərinə görə, rəsmiləşmiş müraciətlərin sayı isə cari tarixə görə, 34 839 nəfər təşkil edir.
“Onlardan 12 131 nəfər (35%) tələbə Sosial növ TTK, 22 708 nəfər (65%) tələbə isə Standart növ TTK-dan yararlanıb. Ümumilikdə, rəsmiləşmiş TTK-lər üzrə tələbələr üçün 31.9 milyon manat təhsil haqqı məbləği təhsil müəssisələrinin bank hesablarına nağdsız qaydada köçürülüb. Onu da qeyd edim ki, 838 ailənin 2 nəfər, 9 ailənin isə 3 və daha artıq üzvü təhsil kreditindən yararlanıb. Rəsmiləşən kreditlərdən 452 ailədən olan 908 nəfər tələbə Sosial TTK-dan, 395 ailədən olan 795 nəfər tələbə isə Standart TTK-dan faydalanıb” – deyə o qeyd edib.