Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

15 may saat 11:00-dan 2024–2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müsabiqə üzrə qeydiyyat prosesi 22 may saat 11:00-dək davam edəcək.

Müsabiqədə iştirak üçün namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid etməklə müsabiqəyə dair sual-cavabla tanış ola bilərsiniz: https://miq.edu.az/faq