Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var
Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans zamanı deyib.
"Milli təhsil sistemi olaraq bu mövzudan kənarda qalmamalıyıq. Biz adətən çalışırıq yeni tendensiyalara uyğun yeni ixtisaslar yaradaq. Hansı sahə olursa-olsun fundamental elm olduqca vacibdir. Tətbiqi elmlər sahəsində yeni ixtisasların açılmasına ehtiyac var" - o qeyd edib.
Nazir bildirib ki, milli təhsil sistemi olaraq yeniliklərdən geri qalmamalıyıq:
"Yaşıl bacarıqların formalaşdırılmasına ümumi və ali təhsildən başlamaq lazımdır".