Bakı Dövlət Universitetində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin yaradılmasından sonra ali təhsil ocağı gəlir əldə etməyə başlayıb.
"Report" xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunda deyib.
O qeyd edib ki, BDU artıq kifayət qədər investisiya cəlb etmiş ali təhsil müəssisəsidir:
"Biz indi böyük strukturlarla, şirkətlərlə əməkdaşlıq edirik. Hesab edirəm ki, tələbələrimiz üçün əlverişli mühit yaratmalıyıq.
Biz sahibkarlıq, startaplar, investisiya qəbulu ilə bağlı öz təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik".