Tələbələr hansı ixtisaslara üstünlük verməlidirlər? -EKSPERTDƏN QIZILA BƏRABƏR MƏSLƏHƏT

Abituriyentlər üçün ən həyəcanlı mərhələ – ali məktəblərə ixtisas seçimidir. Peşə, ixtisas seçimi çox önəmli nüanslardan biridir. Çünki insanın həyatı boyu həmin peşə onunla bərabər olur və ömrünün əsaslarından birini təşkil edir.                        Bəs,düzgün ixtisas seçə bilmək üçün nələrə diqqət etməliyik? Hansı ixtisasları seçənlərin iş tapmaq şansı çoxdur?
Əlavə olaraq, cəmiyyətdə özəl universitetlərə münasibət birmənalı deyil. Əksəriyyət dövlət üniversitetlərinə üstünlük verirlər. Görəsən, bunlar arasında ciddi fərqlər var? Universitetə yoxsa, ixtisasa önəm verilməlidir?

Təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a söyləyib ki, artıq ali təhsil müəsisələrinə 1 və 2-ci mərhələ üzrə qəbul imtahanları keçirilib:   


''Yalnız qarşıda blok mərhələsinin 2-ci cəhdi qalıb. 7 iyulda 2 və 3, 14 iyulda isə 1 və 4-cü qruplar üzrə imtahanlar keçiriləcək. Təbii ki, bütün prossesin məntiqi sonu ixtisas seçimi ilə yekunlaşır. Bu da ən kritik və həlledici məqamdır. Ona görə də abituriyentlər və valideynlər çox diqqətli olmalıdırlar. Çünki qərarlarına əsasən gələcək talehləri həll olunur. İxtisaslaşma zamanı istər dövlət, istərsə də özəl universitetlər müəyyən kriteriyalarına görə fərqləndirilir. Məsələn, dövlət universitetlərində sosial statuslar tanınırsa, buna özəldə baxılmır. Həmçinin, illik haqlarında da fərqlər var. O cümlədən özəl universitetlərdə tələbələrə verilən təqaüdlərin həcmi çox azdır. Fikrimcə, abituriyyentin istədiyi ixtisasa balı çatmazsa, onun yerinə özəl üniversitetdə həmin ixtisası oxuması daha məqsədəuyğundur. Çünki universitetin adı deyil, ixtisas əsas mahiyyət daşıyır. Bir şəxs öz ixtisasını mükəmməl bilərsə, gələcəkdə əmək fəaliyyətində bir o qədər çətinliklə üzləşməz. İxtisas seçimi zamanı illik təhsil haqlarına, universitetin yaşadıqları əraziyə yaxın yerləşməsinə, ixtisas üzrə iki diplom verilməsinə və sahəsi istiqamətdə xarici ölkə də iş tapa bilməsinə diqqət etməlidir. Əsasən 1-ci ixtisas qrupları IT yönümlü ixtisaslara yönlənməlidirlər. Çünki bu sahələrə daha çox təlabat var. 2-ci ixtisas qrupları beynəlxalq ticarət və logistika, maliyyə, menecement, biznesin idarə olunması, marketinqi seçə bilərlər. 3-cü qruplar daha çox pedoqoji istiqamətli ixtisaslar, hüquqşünaslıq, tərçüməçilik, tərcümə(erməni dili) üstünlük versələr daha çox uğur qazanarlar. 4-cü qruplar üzrə isə daha çox təlabat olan ixtisaslar tibb, biotexnologiya, psixologiya, ekologiyadır''.

Ekspert diqqətə çatdırıb ki, bütün qrupların pedoqoji ixtisasları əmək fəaliyyətinə daha tez başlamaq üçün imkan yaradır:   
''5-ci qruplar isə dizayn, idman, pedoqoji sahəsində ixtisaslara önəm versinlər. Bu prosses üçün DİM-in məsləhət mərkəzlərinə yaxud təhsil mütəxəsislərinə müraciət olunması məsləhətlidir. Qeyd edim ki, bu il layihə üzrə kifayyət qədər imkan var. Yəni, 60 min nəfərə yaxın tələbənin qəbul edilməsi nəzərdə tutulur. Bunlardan yarı faizinin dövlət sifarişi əsasında təhsil alacağı sevindirici haldır".