Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub

Qarabağ Universitetində Musiqişünaslıq, pianino, violin, klarnet, saksafon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) müəllim” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi 07 iyul 2024-cü ildir.

Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: https://shorturl.at/sB6Xc