Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlər sertifikasiya imtahanlarında zəif nəticə göstəriblər.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlər üçün brifinq zamanı deyib.