Bir sıra kateqoriyalar üzrə rəy verilmiş çağırışçıların yekun tibbi müayinəsi aparılır
13:06 10.07.2024
Sosial
581
İyulun 1-dən bir sıra kateqoriyalar üzrə rəy verilmiş müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Bu məqsədlə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində ən son müasir avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi yaradılıb.
Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların:
sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası);
sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası);
dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası);
həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası).
yekun tibbi müayinəsi aparılır.
Yekun tibbi müayinə nəticələri əsasında Tibbi Qiymətləndirmə Komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:
yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir;
yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir;
yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.
Sonda müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.
Hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi qaydaları barədə daha ətraflı: https://www.youtube.com/watch?v=geJn9WDslaM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual