Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir

Türkiyə-Azərbaycan Universiteti ilə bağlı "Açıq qapı" günü keçirilir.

APA xəbər verir ki, "Açıq qapı" günü hər gün (şənbə və bazar daxil) Azərbaycan Texniki Universitetində 09:00-dan 18:00-a qədər davam edir. Abituriyentlər "Açıq qapı" günündə iştirak etməklə TAU ilə əlaqədar onları maraqlandıran bütün suallara cavab tapa bilərlər.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti (TAU) tələbə qəbulu elan edib. Abituriyentlər 9-19 avqust tarixlərində ixtisas seçimində iştirak etməklə TAU-nun kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisaslarını seçə bilərlər.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi cəlb olunub.