Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması elektron müraciət sistemi müvəqqəti olaraq dayandırırlır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən APA-ya verilən məlumata görə, elektron müraciət sisteminin daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.
Bunu nəzərə alaraq, elektron müraciət sistemi vasitəsilə yeni ərizələrin qəbulu bu gündən sentyabrın 1-dək dayandırılır.