"Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var".
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin sualını cavablandırarkən deyib.
O bildirib ki, hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi texniki xarakter daşıyır.
Nazir onu da qeyd edib ki, hər ölkədə ixtisaslar fərqli olduğu üçün ikili diplomlar məsələsi ilə bağlı qanunvericiliyə uyğunlaşdırma lazımdır.