
“Nəsillərarası konflikt faciəyə səbəb olur”: Goranboydakı qətlə psixoloji baxış
10:21 25.07.2025
Sosial
362
Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Goranboy rayon prokurorluğundan verlən məlumata görə, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, insan doğulduğu gündən cəmiyyət həyatına daxil olur, sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir:

“İnsanın inkişafında bioloji, sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir. Bu nöqteyi nəzərdən hesab edirəmki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir. Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir. Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir.16 yaşına çatan birisi artıq yetkin insanlar qədər, yaxşı pisi bir birindən ayırd edə bilir, kədərin sevincin nə olduğunu, nifrətin sevginin nə olduğunu anlayır. Yeniyetmə beyni həqiqətən də böyük inkişaf dövründən keçir. Həm strukturu, həm də uşaqlıqdakı funksiyası dəyişir və yalnız 20-li yaşların ortalarında stabilləşir. Valideynlərin yeniyetmələrlə qarşılıqlı münasibətləri ailədə olan psixoloji iqlimindən asılıdır. Əgər uşaqlar valideynlərindən diqqət, qayğı və yaxşı münasibət görürsə, yeniyetmələrdə bu dövr rahat, səlis və asan keçir. Əgər bu dövrdə yeniyetmələr atıldığını, lazımsız olduğunu, sevilmədiyini hiss edərsə, onda başqalarına qarşı eqoizm, aqressiya, sərtlik və nifrət yaranır. Bu yaş dövründə valideynlər tələbatları ödəmək və azadlığı məhdudlaşdırmaq üçün bir mexanizmə çevrilirlər. Əgər valideynlərin yeniyetmə ilə ünsiyyətində mürəkkəblik açıq-aydın görünürsə, onda bu hər şeydən əvvəl uşaqların sərbəst olmağa can atmaqları ilə əlaqələndirilir. Bu aysberqin ancaq görünən hissəsidir. Əslində isə həqiqətən də yeniyetməlik yaş dövründə valideynlərlə uşaqlar arasında yaş distansiyası ilə əlaqədar olaraq “nəsillər” konflikti şiddətlənir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya