Mask Ukrayna cəbhəsində təşviş yaratdı - "Starlink" söndürüldü, hücum dayandırıldı
14:06 25.07.2025
Dünya
306
Amerikalı milyarder və "SpaceX"in rəhbəri İlon Mask 2022-ci ildə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatını dayandırmaq üçün Starlink peyk internetinin söndürülməsi barədə göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Mask "SpaceX"in Kaliforniyadakı baş mühəndisinə Xerson bölgəsi də daxil olmaqla, bir neçə ərazidə Starlink əhatə dairəsinin deaktiv edilməsini əmr edib. Şirkətin mühəndislərindən Michael Nicholls həmkarlarına bu tapşırığı belə izah edib: “Biz bunu etməliyik".
Agentliyin yazdığına görə, bu qərar Ukrayna hərbçiləri arasında çaşqınlığa səbəb olub. Əlaqənin kəsilməsi nəticəsində pilotsuz uçuş aparatlarının fəaliyyəti dayanıb, artilleriya bölmələri isə "Starlink"in köməyi ilə hədəf yönləndirməkdə çətinlik çəkib.
"Reuters"ə danışan mənbələr qeyd edib ki, bu əmr bəzi "SpaceX" əməkdaşlarını şoka salıb və döyüş bölgəsində ciddi taktiki dəyişikliklərə səbəb olub. Onlar Maskın bu addımı ilə “münaqişənin nəticəsini öz əlinə almağa cəhd etdiyini” vurğulayıblar.
Bildirilib ki, qərarın arxasında Maskın nüvə müharibəsi qorxusu dayanıb. Mənbələrə görə, milyarder Ukraynanın əks-hücumunun Rusiyanı nüvə cavabı verməyə təhrik edə biləcəyindən ehtiyat edirmiş.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial