
45 dəqiqəlik dərs bitdi: Elm deyir ki, qısa dərs, uzun fasilə daha uğurludur
09:56 29.09.2025
Elm və Təhsil
421
“Azərbaycanda təhsilin uğuru üçün Finlandiya modelinə keçid qaçılmazdır”
Orta məktəblərdə dərs dəqiqələrinin azaldılması, tənəffüs müddətinin artırılması təklif olunur. Mütəxəssislər hesab edir ki, belə olduqda fiziki aktivliyin artması sayəsində şagirdlər fənləri daha yaxşı mənimsəyə bilər.
Sherg.az xəbər verir ki, bu təkliflə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov çıxış edib. Sosial şəbəkədə paylaşım edən K.Əsədov qeyd edib ki, məktəbdə öyrənməni artırmaq üçün dərslər 40 dəqiqə, dərsarası kiçik tənəffüslərsə 5 deyil, 10 dəqiqə edilməlidir:

- Tədqiqatlar göstərir ki, şagirdin diqqəti 45 dəqiqəlik dərs ərzində tədricən zəifləyir. ABŞ-da aparılan ölçmələrdə (Bunce, 2010) təsdiq olunur ki, şagirdlərin diqqəti dərs irəlilədikcə qısa aralıqlarla azalır və sonra yenidən toparlanır. Psixologiya üzrə meta-təhlillər (Cepeda, 2006) təsdiq edir ki, “spaced practice” – yəni öyrənmənin qısa bloklara bölünməsi daha effektlidir. Pellegrini (2008) isə yazır: “Recess öyrənməni paylayır və idrakı gücləndirir.” Qısa fiziki fasilələr şagirdlərin dərhal diqqətini və intizamını artırır (Mahar, 2006; sistematik icmal, 2021). Finlandiyada illərdir tətbiq olunan model də buna uyğundur: 45 dəqiqə dərs, 15 dəqiqə fasilə. Bu, öyrənmə keyfiyyətini yüksəldən əsas səbəblərdən biridir. Nəticə: 40+10 ritmi daha çox fokus, daha sağlam sinif mühiti və daha yaxşı nəticələr deməkdir. Təhsil elmlə idarə olunanda uğur gətirir. Elm də göstərir ki, qısa və səmərəli dərs + real fasilə = yüksək nəticə.
K.Əsədovun təklifini təhsil mütəxəssisləri də bəyənir. Eyni zamanda, burada digər bir problemin – şagird sıxlığının da həll olunması vacib hesab edilir. Qeyd edilir ki, ölkənin ümumtəhsil mıktəblərində həll olunmalı vacib problemlərdən biri siniflərdə şagird sıxlığının azaldılmasıdır. Qanunvericiliyə görə məktəbin yerləşdiyi regiona görə bir sinif - 28-48kv.metrlik otaqlar 20-24 şagird üçün nəzərdə tutulur. Bir şagirdə bir sinifdə 2-2,5kv metr düşməlidir ki o sağlam şəraitdə oxuya bilsun. Əgər bir sinifdə 30-45 şagird varsa, məktəblər 2, hətta 3 növbəlik də olsa, problemi həll etmək mümkünsüzdü. Şagird sıxlığı məsələsini həll etmədən bu təklifinizin heç bir faydası olmayacaq. Ttənəffüslərsə istənilən halda 10 dəqiqə olmalıdır .
K.Əsədov bildirib ki, siniflərin normativlərə uyğun şagird sıxlığı təmin olunmadan dərs müddəti və tənəffüs dəyişiklikləri istənilən effekti verməyəcək. Qanunvericilikdə göstərilən 1 şagirdə 2–2,5 kv.m norma gözlənilmədikcə, 30–45 nəfərlik siniflərdə nə tədrisin keyfiyyəti yüksəlir, nə də sağlam mühit formalaşır. Ona görə də dəyişiklik mütləq edilməlidir və paralel olaraq şagird sıxlığı məsələsinin həlli əsas prioritet olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət