Akademik tanınma şəhadətnaməsi üçün müraciət tarixi uzadılıb

Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün müraciət tarixi uzadılıb.

Bu barədə APA-ya Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq qismən akademik şəhadətnamə əldə etmək üçün müraciət tarixi 07.07.2026-cı il, saat 18:00-a qədər uzadılıb.