Almaniya əcnəbi tələbələr üçün cəlbedici təhsil məkanı olaraq qalır
Yusif Nəzərli
04:17 08.09.2025
Elm və Təhsil
433
Almaniya dünya üzrə ən populyar təhsil məkanlarından biridir.
Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən 130-dan çox ali məktəbdə 115 min tələbə arasında aparılan “BintHo” tədqiqatına görə, əcnəbi tələbələrin dörddə üçü Almaniyanı xaricdə təhsil üçün birinci seçim olaraq göstərib və ümumilikdə təhsildən məmnun qaldıqlarını qeyd edib.
Tədqiqatın nəticələrinə görə, Almaniyanın texnologiya sahəsində liderliyi, ingilisdilli proqramların mövcudluğu, cəlbedici iş imkanları və nisbətən aşağı təhsil və yaşayış xərcləri tələbələr üçün əsas üstünlüklərdir. Beynəlxalq tələbələrin üçdə ikisi məzun olduqdan sonra əvvəlcə Almaniyada qalmağı planlaşdırır, bir çoxu isə uzunmüddətli iş və hətta şirkət qurmaq niyyətindədir. (azərtac)
Kampuslarda tələbələrin 75 faizi özlərini xoş qarşılanmış hiss edir, lakin gündəlik həyatda ayrı-seçkilik halları hələ də müşahidə olunur. Universitet mühitində bu halların azlığı nəzərə çarpan olsa da, universitetdən kənarda Afrikadan, Yaxın Şərqdən və Asiya-Sakit Okean regionundan olan tələbələr daha çox ayrı-seçkiliklə üzləşir.
Alman tələbələr arasında xaricdə təhsil böyük maraq doğursa da, maliyyə çətinlikləri və digər sosial maneələr səbəbindən çox az hissəsi bu imkanlardan faydalanır. DAAD rəqəmsal həllər, hibrid proqramlar və onlayn imtahanların xaricdə təhsilə marağı artıracağını bildirir.
DAAD prezidenti elmlər doktoru, professor Coybrato Mukherji qeyd edib ki, Almaniya universitetləri beynəlxalq tələbələr tərəfindən həm mükəmməl təhsil, həm də karyera imkanları baxımından yüksək qiymətləndirilir və ölkəyə gələcək istedadları uzunmüddətli cəlb etmək üçün böyük potensial yaradır.
“BintHo” tədqiqatının ikinci mərhələsi 2023-2024-cü tədris ilində 132 ali məktəbdə 115 min 652 tələbə arasında aparılıb. Növbəti sorğu 2026-2027-ci tədris ilində planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm