“Keçid balları aşağı olan bəzi ixtisaslar gələcək əmək bazarı baxımından daha perspektivli ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
“Məsələn, kənd təsərrüfatı istiqaməti üzrə ixtisaslara qəbul balları indiyədək nisbətən aşağı olub. Ancaq hesab edirəm ki, müasir dövrdə yaxşı aqronom, eləcə də güclü texniki mütəxəssis olmaq çox önəmlidir. Bu sahələrdə mütəxəssis çatışmazlığı hiss olunur. Keçid balları aşağı olsa da, düşünürəm ki, gələcəkdə bu istiqamətlər daha perspektivli olacaq.
Bu il 150 balla qəbul aparılan ixtisasların sayı arta bilər”, - o qeyd edib.