Dövlət İmtahan Mərkəzi Astarada buraxılış imtahanları keçirib
15:41 03.06.2021
Elm və Təhsil
652
Dövlət İmtahan Mərkəzi iyunun 3-də Astara rayonunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Astara rayonunda 8 İmtahan mərkəzi ayrılıb. Buraxılış imtahanları Astara şəhərindəki 1, 2, 3, 5, 7 nömrəli tam orta, Pensər kənd 2 nömrəli, Motlayataq və Pəlikəş kənd tam orta məktəblərdə təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb.
İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Rayon üzrə 1436 şagirdin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 18 imtahan rəhbəri və 139 nəzarətçi-müəllim cəlb edilib.
Şəhər 2 nömrəli tam orta məktəbində keçirilən buraxılış imtahanlarında İmtahan rəhbəri Elvin Aslanovun verdiyin məlumata əsasən, buraxılış imtahanlarında iştirakı nəzərdə tutulmuş 252 şagirddən 8 nəfəri imtahana gəlməyib.
Rayonda buraxılış imtahanları mövcud təlimata və karantin rejiminin tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm
Tramp İranla danışıqları dayandıra bilər
17:23 04.02.2026
Gündəm
Rusiyadakı soydaşlarımız böyük risk altındadır - Fuad Abbasov
17:08 04.02.2026
Gündəm
İranda xaşxaş əkininə icazə verildi
17:01 04.02.2026
Region