Elm və Təhsil Nazirliyi yaradıldı – RƏSMİ
Yusif Nəzərli
14:14 28.07.2022
Elm və Təhsil
923
Azərbaycan Respublikası Təhsil Nazirliyinin adı dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) adlandırılsın.
2. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilsin.
3. Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılsın:
3.1. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
3.2. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
4. Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı təsdiq edilsin (əlavə edilir).
5. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. üç ay müddətində:
6.1.1. Nazirliyin yeni əsasnaməsinin və strukturunun, habelə bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri ilə yaradılan Agentliklərin əsasnamələrinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.2. bu Fərmanın 1–5-ci hissələri nəzərə alınmaqla, elm və təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.1.3. Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.2. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının balansında olan dövlət əmlakının Nazirliyin balansına verilməsi ilə bağlı tədbirlər görsün;
6.3. bu Fərmanın 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunu və işçilərinin say həddini üç ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndləri, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Nazirlik:
7.1. bu Fərmanın 4-cü hissəsinə uyğun olaraq tabeliyinə verilən qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Milli Elmlər Akademiyası:
8.1. bu Fərmanın 2-ci, 4-cü və 5-ci hissələri nəzərə alınmaqla, Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə