Emin Əmrullayev: Xarici ölkələrdə təhsil almaq qərarı verən tələbələrin sayı artır
Yusif Nəzərli
06:18 24.09.2025
Elm və Təhsil
542
“Bəzi yanaşmalara görə, ali təhsil hər kəs üçün əlçatan olmalıdır. Lakin təcrübə göstərir ki, müəyyən seçim meyarlarının tətbiqi qaçılmazdır”.
Teleqraf xəbər verir ki, bu sözləri Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”ndə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, məsələyə bir qədər dərindən yanaşsaq, görərik ki, ali təhsilə çıxış məsələsi kifayət qədər mürəkkəbdir və burada nəzərə alınmalı bir sıra mühüm amillər mövcuddur.
“Bizim üçün əsas suallardan biri budur: ali təhsilə çıxış kimlər üçün təmin edilməlidir? Yalnız xüsusi bacarıq və qabiliyyətlərə malik şəxslərin seçilməsi, başqa sözlə, ali təhsilə qəbulun müəyyən “filtr”dən keçirilməsi məqsədə uyğundurmu? Yaxud da ali təhsilə çıxışı sadəcə fərdi və iqtisadi seçim kimi dəyərləndirmək, yəni hər kəsin öz qərarına buraxmaq daha doğru olardımı?
Bu sualları nəzərə alaraq qeyd etməliyəm ki, son on il ərzində ölkə üzrə yerli universitetlərə qəbul olunanların sayı təxminən iki dəfə artmışdır. Bununla yanaşı, xarici ölkələrdə təhsil almaq qərarı verən tələbələrin sayında da əhəmiyyətli artım müşahidə olunur ki, bu göstəricinin iki-üç dəfə çoxaldığını söyləmək mümkündür”,- nazir vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm