“Fənnlərin azaldılması aktualdır”
“Fənnlərin azaldılması aktualdır”
Yusif Nəzərli
15:02 28.07.2022
Elm və Təhsil
696
Ali məktəblərə qəbul imtahanları artıq yekunlaşıb. Lakin bu kontekstdə müzakirələr hələ də davam edir. Kimisi qəbul imtahanlarının ləğvini, kimisi də fənnlərin azaldılması ilə bağlı fikirlər irəli sürür. Mütəxəssislər düşünür ki, abituriyentin seçdiyi ixtisas qrupunda əhəmiyyətsiz fənnlər də var.
Oxu.az-a açıqlama verən təhsil eksperti Ramal Şəmşədli fənnlər ilə bağlı təkliflər verib.
R.Şəmşədlinin fikrincə, fənlərin sayı maksimum dərəcədə azaldılmalıdır:
“Ölkəmizdə yüzlərlə tələbə attestatla xaricə üz tutur. Hər hansı ölkə vətəndaşı bizim dilimizi bilməyə-bilməyə burada oxuya bilir, öz vətəndaşımız təhsil ala bilmir. Gedib Avropada təhsil ala bilirsə, biz niyə altı-yeddi fənnə yüklənmişik? Fənnlərin sayı üçə endirilməlidir”.
Ekspert gənclərin savadsızlığa doğru irəlilədiklərini qeyd edib:
“Təhsilimizin çatışmayan cəhətləri çoxdur. Bu il də 700 bal toplayan olmadı. Fikrimcə, orta məktəb 12 illik olmalıdır. Universitet təhsili üç ilə endirilməlidir. Gənclər savadsızlığa, boş əzbərçiliyə doğru gedirlər. Əzbərçilik də inkişaf yolu deyil”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan təhsil üzrə mütəxəssis Nadir İsrafilovun qənaətincə, gələcəkdə dəyişiklik edilə bilər:
" Əvvəllər 5 illik təhsil idi, sonra bakalavriat və magistratura pilləsinə ayrıldı. M.V. Lomonosov universitetinin rektoru təklif irəli sürdü ki, Boloniya sistemindən imtina edilsin və 5 illik təhsilə keçirilsin.
Rusiya da onun təklifini dəyərləndirdi.
Bakalavriat ali ixtisas peşə təhsili, magistratura isə keçmiş aspirantura kimi elmi fəaliyyət verir. İndi elə vəziyyətdir ki, bakalaviatrı bitirənə texnikomu qutaran kimi baxırlar.
Magistratura əlavə elmi fəaliyyət pilləsidir. Adi bir təşkilata CV göndərəndə magistr təhsilinə diqqət yetirirlər. Bir ali məktəbə minlərlə magistr qəbul edirlər. Bəs, onlar üzərində işləmək üçün həmin sayda elmi mövzu tapırlarmı? Bu sahədə boşluqlar var. Magistraturanı başa vuranlar da əmək bazarında çətinlik çəkirlər. Heç olmaya magistr qutaranlar işlə təmin edilməlidir".
N.İsrafilovun fikirlərinə görə, fənnlərin azaldılması məsələsi uzun illərdir aktualdır:
" Heç kim hansı fənni sıradan çıxartmaq lazım olduğunu dilə gətirmir. Fizika, cəbr, kimya, ədəbiyyat və s. Bizə doğmalaşan fənnlərdir. Tutalım, musiqini tədrisdən çıxarsaq, aləm qarışacaq. Mədəniyyət mövzusu gündəmə gələcək. Ona görə fənlərin sayı azaldıla bilməz.
Əlavə fənnlərin salınmasını istəyənlər də var, lakin ehtiyac yoxdur. Sadəcə tədris materialları yüklüdür.
Riyaziyyatdan elə mövzular materiala salınır ki, gələcəkdə lazım olmur. Yəni fənnlərdə ikinci, üçüncü dərəcəli mövzuları azaltmaq lazımdır. Onda dərs yükü azalar.
Gərəksiz mövzular mövcuddur. Hər fənn üzrə mütəxəssislər elə mövzuları deməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat