İstanbuldakı Azərbaycan məktəbində Zəfər bayramını qeyd edildi
08:53 06.11.2023
Elm və Təhsil
960
Bu gün İstanbulda fəaliyyət göstərən H.Cavid adına Azərbaycan məktəbinin müəllim və şagird kollektivi Azərbaycanın Zəfər bayramını qeyd etdi. İstanbulun Bayrampaşa səmtində yerləşən “Adapark”a toplaşan insanların əllərində Azərbaycan və Türkiyə bayraqları, çöhrələrində qələbənin sevinci vardı. Otuz ildən çoxdur işğal olunmuş Azərbaycan torpaqlarını düşmən tapdağından azad edərkən şəhid olmuş qəhrəmanlarımızın portretlərini əllərində şərəflə daşıyan, əyninə əsgər paltarı geyərək Azərbaycan marşları söyləyən məktəblilərin qüruru gözlərindən oxunurdu.
Böyük bayram tədbirində giriş sözü ilə çıxış edən məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədova 44 günlük Vətən savaşı və bu ilin sentyabr ayında cəmi 24 saat davam edən antiterror əməliyyatlarından sonra tam Qələbəni bizə yaşadan Azərbaycan ordusuna, Ali Baş Komandana, şəhid və qazilərimizə minnət duyğularını ifadə etdi. O, həmçinin Atatürkün də dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək hər zaman yanımızda olan qardaş Türkiyənin dəstəklərini və bu qələbənin qardaşlığımızı daha da möhkələndirdiyini qürurla ifadə etdi.
Şəhidlərimizi bir dəqiqəlik sayğı duruşu və hər iki ölkənin “İstiqlal Marş”larının ardından məktəblilərin hazırladıqları səhnəciklər və söylədiyi şeirlər alqışlarla qarşılandı. Əslən Təbrizdən olan İstanbul Universiteti Dövlət Konservatoriyasının tələbəsi Behrad Bonyadinin milli musiqi alətimiz olab tarla ifa etdiyi “Anadır arzulara hər zaman Qarabağ”. “Şuşanın dağları başı dumanlı” və s. mahnıları hər kəsin coşub-daşan sevincini daha da artırdı.
Belə möhtəşəm bir tədbirin təşkilində əməyi olan müəllimlərdən Turac Yusifova, Nurlana Həsənova, Xatirə Əliyeva və tədbirin aparıcısı, məktəbin 9-cu sinif şagirdi Duyğu Ələkbərovanın adlarını xüsusi qeyd etmək istəyirəm. Müəllim sadəcə universitet diplomu alıb, hər gün məktəbə gedən biri deyil, özünün əldə etdiyi bilikləri şagirdlərə verə bilən aydın, onların vətəninə, millətinə bağlı, yurdunu göz bəbəyi kimi sevən əsl vətəndaş olraq yetişməsində böyük rolu olan yolbaşçıdır.
Yaqut Misirxanlı, İstanbul
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə