
Kənan Hakimov: Ukrayna və Fransa kimi komandaların yer aldığı qrupda xal toplamaq çətindir
10:46 29.08.2025
Elm və Təhsil
652
Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Ukrayna yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Teleqraf xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandanın baş məşqçisi Fernandu Santuş yığmaya dəvət etdiyi futbolçuların siyahısını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupu çərçivəsində sentyabrın 5-də Bakı vaxtı ilə saat 22:45-də “Lauqardalsvollur” stadionunda İslandiya yığması ilə, sentyabrın 9-da isə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Ukrayna seçməsi ilə qarşılaşacaq.
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a söyləyib ki, Milli komandanın heyəti ilə bağlı məsələyə nəzər yetirdikdə qeyd etmək lazımdır ki, hər iki qarşılaşma kifayət qədər çətin keçəcək:

“Xüsusilə Ukrayna millisi hazırda aparıcı klublarda çıxış edən futbolçulardan ibarətdir. Onların heyətində Avropanın müxtəlif aparıcı futbol ölkələrində təmsil olunan kifayət qədər oyunçu mövcuddur. İslandiya yığması da dəfələrlə beynəlxalq turnirlərin final mərhələlərində iştirak edib. Buna görə də İslandiya sıradan rəqib hesab edilə bilməz. Üstəlik, qarşılaşma səfərdə keçiriləcək və komandalar arasında həm saat fərqi, həm də iqlim fərqi mövcuddur. Bütün bu amillər təbii olaraq oyuna təsir göstərən mühüm faktorlar kimi qiymətləndirilməlidir. Heyət ümumi götürüldükdə müəyyən mübahisəli məqamların olması mümkündür. Belə ki, bəzi futbolçulara dəvət göndərilməsinin daha məqsədəuyğun ola biləcəyi fikri də səsləndirilə bilər. Lakin baş məşqçi mətbuat konfransında bəyan edib ki, bəzi oyunçuların pasportla bağlı problemi olduğundan, onları heyətə dəvət etmək istəsə də, bu, mümkün olmayıb. Bütün bunlara baxmayaraq, əsas ümid ondan ibarətdir ki, milli komanda bu iki oyunun ən azı birində azarkeşləri sevindirməyi bacarsın. Bununla belə, qeyd etməliyik ki, çox çətin qrupa düşmüşük. İslandiya, Ukrayna və Fransa kimi komandaların yer aldığı qrupda xal toplamaq və nəticə qazanmaq son dərəcə mürəkkəb bir vəzifədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm