
"Kollec təhsili pisdir" demək haqsızlıqdır
08:15 30.08.2024
Elm və Təhsil
796
Sadəcə olaraq Azərbaycanda kolleclərin hazırladığı kadrlar əmək bazarının tələblərinə və müsair standartlara cavab vermir
Tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə gündəmə gətirilən məsələlərdən biri də bəzi regionlarda kolleclərin olmamasıdır. Məsələn, Ağdaşda, Mingəçevirdə və digər rayonlarda kollec olsa da, Kürdəmir, İmişli və daha bir neçə bölgəmizdə yoxdur. Bölgələrdə kolleclərin olması isə Bakının yükünü bir qədər azaltmış olar. Yaxın gələcəkdə regionlarda kolleclərin yaradılması mümkündürmü?
Mövzunu globalinfo.az-a şərh edən təhsil üzrə ekspert Sona Əliyeva bunun mümkün görünmədiyini bildirib. Onun fikrincə, dünyada kolleclər bağlanmaq üzrədir: “Ümumiyyətlə, orta ixtisas müəssisələri bütün dünyada ömrünü başa vurmaqdadır. O baxımdan Azərbaycanda da yeni kolleclərin açılacağını düşünmürəm. Amma regionlarda universitetlərin açılması inkişafa xidmət etmiş olardı”.
Təhsil eksperti Nadir İsrafilov isə hesab edir ki, kollec elmi-kütləvi ədəbiyyatda orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi kimi xarakteriza olunur: "Bununla belə, dünyanın ayrı-ayrı ölkələrində kolleclər heç də eyni deyil, fərqli mahiyyət daşıyır. Yəni hansısa ölkədə kollec orta ixtisas təhsili müəssisəsi rolunu oynayırsa, digər ölkədə orta təhsilin yuxarı səviyyəsi hesab edilir. Başqa bir ölkədə isə kollec ali məktəb funksiyasını yerinə yetirir. Dünya təcrübəsində universitetlərdən daha nüfuzlu, reytinqli kolleclər var. Bizdə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir”.
Təhsil eksperti Kamran Əsədov da “Sherg.az"a açıqlamasında dünyanın bütün ölkələrində kollec təhsilinin olduğunu deyib:

“Dünyanın ən nüfuzlu ölkələrindən olan İngiltərə, Almaniya və Fransada çalışanların 34 faizi kollec məzunlarıdır. Hətta qeyd edilən ölkələrin kollec məzunları arasında nazirlər, vitse-prezidentlər də var. Amma Azərbaycanda 1990-cı illərdə ölkədə təhsil sahəsində sabitliyin olmaması səbəbindən kolleclərə kütləvi qəbul və məzun olma, həmçinin saxta diplom əldə edilmə halları baş verdi. Yekunda isə kimlərsə kollecin qapısını belə tanımadan diplom almış oldu. Onlar bu və ya digər yollarla işə qəbul olundular. Sertifikasiya, müəllimlərin işə qəbulu imtahanlarının nəticələrində gördük ki, kollec məzunlarının çoxunun nəticələri yüksək deyil. Lakin bu, "kollec təhsili pisdir" demək üçün əsas deyil. Sadəcə olaraq Azərbaycanda kolleclərin hazırladığı kadrlar əmək bazarının tələblərinə və müsair standartlara cavab vermir”.
K.Əsədov deyib ki, ali təhsilli olmaq təbii ki, yaxşıdır. Amma birdən-birə kollec təhsilini tənqid etsək, bu, haqsızlıqdır: “Kolleclər yalnız pedaqoji kadrlar buraxmır. Azərbaycanda ali təhsil müəssisəsi məzunlarının 42 faizi çalışır, elə universitetlərimiz var ki, məzunlarının 1 faizi işləyir. O zaman bu universitetləri bağlayaq? Ali təhsil müəssisələrinin məzunu olan pedaqoji kadrların hamısının nəticələri yüksəkdirmi? Elə dövlət universiteti var ki, məzunlarının yalnız 12 faizi MİQ imtahanından keçə bilir. Ona görə də biz təhsilin keyfiyyətini yüksəltməkdə maraqlı olmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial