Lisey və gimnaziyalara seçim prosesi başlanılır

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi bu gün saat 15:00-da aktivləşəcək və avqustun 13-ü saat 12:00-da başa çatacaq.

Sherg.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.

Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.

Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər office@arti.edu.az elektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.