Türkiyə Konstitusiya Məhkəməsi məktəb dəyişdirmə cəzası verilən iki orta məktəb şagirdinin təhsil hüquqlarının pozulduğuna qərar verib.
Sherg.az xəbər verir ki, məhkəmə hər iki şagirdə 50 min lirə olmaqla, ümumilikdə 100 min lirə mənəvi təzminat ödənilməsinə hökm edib.
Şagirdlərdən birinə müəllim və məktəb rəhbərliyini təhdid etdiyi, digərinə isə sosial şəbəkədə başqa şagirdi təhqir və təhdid etdiyi üçün intizam cəzası verilmişdi.
Məhkəmə qərarında vurğulanıb ki, bu cəzaların tətbiqinə əsas olan qaydaların qanuni hüquqi bazası yoxdur. İşlərə yenidən baxılması barədə də qərar qəbul edilib.