Millət vəkili internet problemini həll edəcək: müəllim və tələbələr sevinəcək
Banuçiçək Kalbalıyeva
11:54 30.03.2020
Elm və Təhsil
1490
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın ali və orta təhsil müəssisələrində dərslər dayandırılıb. Buna baxmayaraq, bəzi müəllimlər tədris proqramına uyğun olaraq mövzular haqqında şagird və tələbələrə məlumat verməyə çalışırlar. BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli bunun üçün texnologiyanın imkanlarından istifadə edir. O, "Sherg.az"a açıqlamasında bu prosesdə müəyyən çatışmazlıqların olduğunu deyib: "
"Facebook" da ikinci kurs tələbələri üçün xüsusi səhifə açmışıq: "Jurnalistika fakültəsi II kurs". "Jurnalistin nitq mədəniyyəti" fənninin mövzularını burada hissə-hissə paylaşıram. Tələbələr oxuduqdan sonra test üsulu ilə onları yoxlayıb qiymətləndirirəm. Cəmi 8 mövzudan 5-ni artıq keçmişik. Nəticə yaxşıdır. Bircə problem var ki, burada tələbələrin hamısını əhatə etmək olmur. 88 nəfərdən 40-ı həmin səhifənin üzvüdür. İndi Təhsil Nazirliyinin göstərişi ilə onlayn dərslərə start verilir. Burada da bir problem var ki, tələbələrin əksəriyyəti və bəzi müəllimlər, o cümlədən də mən kənd rayonlarındayıq. Burada internet çox zəifdir, gündə bir neçə dəfə işığı söndürürlər".
Professor internet probleminin yaxın zamanda həllini tapacağını vurğulayıb:
"Bu barədə öz "Facebook" səhifəmdə yazdım. Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayeva dərhal reaksiya verdi və bu gün lazımi qurumlara müraciət edərək problemin həllinə çalışacağını bildirdi. Qənirə xanıma təşəkkür edirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya