Nazir: İşğal nəticəsində daha çox peşə təhsili pilləsi zərbə alıb
Yusif Nəzərli
06:35 13.12.2023
Elm və Təhsil
473
Ermənistanın işğalı nəticəsində təhsilin daha çox peşə təhsili pilləsi zərbə alıb.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, uzun illər peşə təhsil müəssisələri məcburi köçkünlərin məskunlaşdığı məkanlar olub. Bu da peşə təhsilinin zəifləməsinə səbəb olub:
"Bəzən müqayisə edilir ki, sovet dövründə peşə təhsili güclü idi və bunun bərpası niyə mümkün deyil. Lakin bir şeyin bərpasındansa, onun səmərəli olması çox önəmlidir. Peşə təhsili ölkədə bir insanın təhsil alması üçün dalan rolu oynayır. Bir təhsil səviyyəsindən digərinə keçid çox önəmlidir. Əvvəllər uşaq 9-cu sinfi bitirib, peşə təhsili alırdısa, ondan sonra ali təhsilə gedə bilmirdi. Bunun üçün yenidən məktəbə qayıdıb X-XI sinifləri bitirməli idi. Prosesin belə olması peşə təhsilinə olan marağı da azaltmışdı. Peşə təhsilindən digər təhsil pillələrinə keçidin təmin olunması üçün işlər aparılıb. Hazırda peşə təhsilində subbakalavr təhsili yaradılıb".
Nazir qeyd edib ki, bu gün ölkədə 150 mindən çox uşaq doğulursa, əvvəlki ortalamalara baxılanda onların 10-15 mininin peşə təhsilinə yiyələnməsini görürük.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə