Nazir:“Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir”
Yusif Nəzərli
07:12 18.04.2023
Elm və Təhsil
533
“Özəl məktəblərdə şagirdlərimiz problemlərin həlli istiqamətində kifayət qədər yaradıcı düşünə bilir. Ola bilər ki, Azərbaycanda fənlərin adı son 70-80 ildə dəyişmir. Bu, tək bizdə yox, bir çox ölkələrdə də belədir”.
“Report” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda çıxışında deyib.
Nazirin sözlərinə görə, məktəbin məzmunu mütləq dəyişməlidir:
“Çünki həmin fənlər məktəb proqramına salınanda nə dayanıqlı inkişaf, nə davamlı inkişaf prioritetləri, nə də iqlim dəyişiklikləri sözləri hələ məktəbə məlum deyildi. Bu mənada həmin anlayışları Azərbaycan məktəbinə gətirdiklərini görə həmkarlarıma təşəkkür edirəm”.
“Məktəbdə hazırlanan şagird sabah onu həyatda gözləyən təhdid və reallıqlara hazır böyüməlidir. Yəni biz şagirdi hansısa nəzəri və ya konseptual məsələlərlə hazırlaya bilərik, lakin biz onu da başa düşməliyik ki, strukturu düzgün qurulmuş beyin həmişə içi düzgün doldurulmuş beyindən daha yaxşıdır. Bu mənada bu və digər məsələlərə yanaşmanı şagirdlərə təbliğ etmək önəmlidir”, - deyə E.Əmrullayev əlavə edib.
O bildirib ki, təhsilin əsas məqsədi təhsilini bitirən birinin bəlli il və vaxt keçdikdən sonra öyrəndiklərini xatırlamasıdır:
“Çünki əzbər öyrədilən biliklər adətən yaddan çıxır. Amma yanaşma və məsələyə münasibəti hər zaman onunla birlikdə qalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya