Nazirlər Kabinetinin qərarı doğrudur
01:08 06.05.2021
Elm və Təhsil
819
Bundan sonra müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər də təqaüd alacaqlar
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.
Təhsil eksperti Kamran Əsədov "Şərq"ə dəyişiklik barədə açıqlama verib. O qeyd edib ki, bu dəyişiklik Nazirlər Kabineti tərəfindən vaxtında atılmış bir addım idi:
"İndiyədək istər ali təhsil müəssisələrinin bakalavr, istərsə də magistratura pilləsinə qəbul zamanı təkcə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticələri ilə qəbul olmurdular.
Eyni zamanda beynəlxalq yarış və olimpiadaların qalibləri də müsabiqədən kənar ödənişsiz ixtisaslara qəbul olurdular. Amma onlar ödənişsiz qəbul olsalar belə, təqaüd almırdılar.
Çünki onların minimum bal tələbləri əsas götürülürdü. Buna görə də beynəlxalq yarış və olimpiadaların qalibləri pulsuz həmin ixtisas üzrə qəbul olmalarına baxmayaraq təqaüddən kənar qalırdılar.
Nazirlər Kabineti tərəfindən edilmiş yeni dəyişikliyə əsasən, bundan sonra müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmuş şəxslər qəbul jurnallarında adları çıxdıqdan və tələbə statusunu aldıqdan sonra təqaüd alacaqlar. Bu onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müsbət addımdır".
K.Əsədov magistratura pilləsində təhsil alanların təqaüd məsələsinə də toxunub:
"Burada magistratura pilləsində təhsil alanların təqaüd məsələsində də dəyişiklik edilib. Çünki indiyədək onların təqaüdləri 150 ballıq şkala ilə həyata keçirilirdi.
Bilirik ki, artıq Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanlarında maksimum balı 100 bal edib. Əvvəllər bu, 150 bal idi. İndi edilən dəyişikliyə görə magistratura pilləsində iki istiqamətli təqaüd olacaq.
Bir, əlaçı təqaüddür, digəri 91-dən yuxarı, bir də adi təqaüdlər. Hesab edirəm ki, bu, rəqabət mühitini artıracaq. Nəticədə tələbələr daha çox 91 baldan yuxarı yüksək nəticə göstərərək əlaçı təqaüdü almaqda maraqlı olacaqlar. Bu da onların birbaşa keyfiyyətini artıracaq.
Yəni edilən təqaüdlə bağlı dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, indi artıq yalnız 91 baldan yuxarılar əlaçı, digərləri isə magistratura pilləsində adi təqaüd alacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol