Professor:“Düşünürəm ki, elmi tədqiqat institutları da dəyişəcək və...”
Yusif Nəzərli
14:23 29.07.2022
Elm və Təhsil
812
“...Müəyyən elmi tədqiqata üstünlük verən universitetlərə birləşdirələcək. Bu variant ağlabatan görünür”
“Elmin də yaranma yolu təhsildən keçir. Ona görə onlar bir yerdə olmalıdır”
“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ləğv olunmayıb. Bu qrum qalır, amma balacalaşır və dəyişir”.
Bu fikirləri “Sherg.az”a təhsil sahəsindəki son islahatları dəyərləndirən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı söyləyib. O qeyd edib ki, təbiət elmləri və dəqiq elmər üzrə olan bütün institutlar Təhsil Nazirliyinə verilir:
“Bu nazirliyin də adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirilir. Dünyada da bu proses eynidir. Keçmiş Sovet İttifaqında, Ukraynada, Gürcüstanda və Qazaxıstanda da bu nazirlik Elm və Təhsil Nazirliyi adlanır. Bu görülməmiş bir şey deyil. Avropa ölkələrində də - Almaniyada, Fransada və başqa ölkələrdə də eyni vəziyyət mövcuddur. Ona görə də buna uyğun adlandırılıb”.
Professor qeyd edib ki, Ədəbiyyat, Tarix, Fəlsəfə, Hüquq və.s kimi humanitar sahələrə aid institutlar AMEA-nın adı altında saxlanılır:
“Yəni, AMEA qalır, lakin xeyli balacalaşır. Eyni zamanda, bu qurumda reformlar həyata keçiriləcək. O cümlədən AMEA rəhbərliyinin təklifləri gözlənilir. Təbii ki, keyfiyyəti artırmaq üçün kiçilmə məsələləri olacaq.
Elm və təhsil bir-birinə bağlıdırlar. Birini o birindən ayırmaq olmaz. Çünki elm olmalıdır ki, orada yüksək təhsil olsun. Elmin də yaranma yolu təhsildən keçir. Ona görə onlar bir yerdə olmalıdır.
Amma bir yerdə olmaq nə deməkdir ? Bu sualın cavabı addım-addım aydınlaşacaq. Düşünürəm ki, sonrakı məqamlarda elmi tədqiqat institutları dəyişərək müəyyən elmi tədqiqata üstünlük verən universitetlərə birləşdirələcək. Bu variant ağlabatan görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya