
Qarabağ Universiteti digər ali məktəblərdən fərqlənəcək
08:18 10.09.2024
Elm və Təhsil
758
Bu ali məktəbin bir sıra ilklərlə yaddaşlara yazılacağına da şübhəmiz yoxdur
“Qarabağ Universitetinə adlı-sanlı, yüksək keyfiyyətli kadr potensialı - professor, müəllim, alim gərəkdir”
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin fəaliyyətindən söz açıb.
Nazir deyib ki, növbəti həftə 1200 tələbə 100 müəllim ilə tədrisə başlayacaq universitet Azərbaycan tarixinin çox önəmli səhifəsidir. O həmçinin qeyd edib ki, Qarabağ Universitetində əvvəlki səhvlərə yol verilməyəcək.
Nazirin fikirlərini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri də “Sherg.az"a açıqlamasında Qarabağ Universitetinin vacib və əhəmiyyətli layihə olduğunu deyib. Onun sözlərinə görə, Xankəndidə fəaliyyətə başlayan bu Universitet digər ali təhsil müəssisələrindən xeyli fərqlənəcək:

“Biz ixtisas seçimi zamanı abituriyentlərlə konsultasiya edəndə Qarabağ Universitetinin fəaliyyətə başlamasının nə dərəcə əhəmiyyətli olduğunun fərqinə vardıq. Hər 10 abituriyentdən 7-si balından və ixtisas qrupundan asılı olmayaraq məhz Qarabağ Universitetini seçmək istəyirdilər. İnanırıq ki, Qarabağ Universiteti digər ali təhsil müəssisələrindən fərqlənəcək. Bu Universitetin bir sıra ilklərlə yaddaşlara yazılacağına da şübhəmiz yoxdur”.
Sektor müdirinin sözlərinə görə, Qarabağ Universitetində tədris olunacaq ixtisasların çoxu digər universitetlərdə keçirilən ənənəvi ixtisaslardır: “Amma bu o demək deyil ki, Qarabağ Universiteti də mütləq həmin universitetlərin bir başqa variantı olacaqdır. Qarabağ Universitetinin əsas özəlliyi tədqiqatyönümlü universitet olmasından qaynaqlanacaq. Bu gün bizdə sırf tədqiqatyönümlü universitet yoxdur. Dünyanın çağdaş təhsilli əsas meyarlarından biri də universitetlərin tədqiqat istiqamətində fəaliyyət göstərməsidir. İnanırıq ki, Qarabağ Universiteti buna nail olacaq. Qarabağ Universitetinə adlı-sanlı, yüksək keyfiyyətli kadr potensialı - professor, müəllim, alim gərəkdir. Paytaxtdakı ən adlı-sanlı ali təhsil müəssisələri belə tədqiqatyönümlü tədris metodunu uğurla həyata keçirə bilmirlər. Universitetlərimiz öz fəaliyyətlərini daha çox nəzəri baza, sovet ali təhsil modeli üzərində qurub. Qarabağ Universiteti isə dediyim kimi, tədqiqatyönümlü təhsil verə biləcək, sırf klassik universitet tədrisinə yox, müasir dünyanın tələb etdiyi tədqiqatyönümlü təhsilə, elm və biznesin tələb etdiyi tədris formasına xüsusi önəm verəcəkdir. Bununla dünya universitetlərinin reytinq cədvəlindəki yerinə də müəyyən təsir göstərə bilər.
İnanıram ki, Qarabağ Universiteti dördüncü sənaye inqilabının tələbləri nəzərə alınaraq qurulacaq və bu ali təhsil müəssisəsində Azərbaycanın rəqəmsal transformasiyasını təmin edə biləcək insan kapitalı formalaşdırılacaq.
Qloballaşma dövründə universitetlərin formalaşması və transformasiyası bir çox cəhətdən qlobal trend və çağırışlar nəzərə alınmaqla baş verir. Biliklərin, eləcə də texnoloji proseslərin sürətlə dəyişdiyi dünyada universitetlər rəqabətə davamlılığı və dayanıqlılığı təmin etmək məqsədilə bu dəyişikliklərə çevik reaksiya vermək məcburiyyətindədirlər. Yeni qurulan universitetlərdə bu mühiti yaratmaq daha asandır.
Bu gün dünya universitetlərini ölçən, onların inkişafını müəyyənləşdirən reytinq cədvəlləri var ki, təəssüf ki, bizim universitetlər oraya yaxın düşə bilmir. İnanırıq ki, Qarabağ Universitetinin tutduğu xətt, oraya göstəriləcək diqqət, şaxəli profili, dünya təhsili ilə uzlaşması bizim bu həsrətimizə son qoyacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya
Çimərliyə getmək istəyənlərin nəzərinə!
15:33 03.08.2026
Ekologiya