Qarabağ Universiteti niyə yalnız Azərbaycan bölməsi ilə kifayətlənir? -RƏY
12:07 06.08.2025
Elm və Təhsil
558
Uzunmüddətli perspektivdə Qarabağ Universitetində ingilis dilində ixtisasların açılacağı ehtimalı yüksəkdir
Növbəti tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur.
Bu barədə ali təhsil müəssisəsi rəsmi sosial media hesablarında məlumat yayıb.
"Ən çox ünvanlanan suallardan biri də Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə plan yerləri ilə bağlıdır. Bildirmək istəyirik ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur", - məlumatda qeyd olunub.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirdi ki, Qarabağ Universiteti ötən il ilk dəfə tələbə qəbul edərkən ingilis dilində tədris mövcud deyildi:
“Lakin hazırda universitetdə tələbələrin ingilis dili bacarıqlarının yüksəldilməsi və bəzi fənlərin ingilis dilində tədrisi istiqamətində intensiv fəaliyyətlər həyata keçirilir. Görünür ki, Qarabağ Universitetinin strateji yanaşması ondan ibarətdir ki, abituriyentlər tədrisi Azərbaycan dilində alsalar da, dil bacarıqları yüksək səviyyədə inkişaf etdirilsin və ixtisas fənləri ilə bağlı terminlər ingilis dilində mənimsədilsin. Bu kontekstdə rus dilində tədris tamamilə fərqli bir istiqamət təşkil edir. Belə ki, bu istiqamətdə tədrisin təşkil olunması üçün müvafiq pedaqoji kadr təminatı zəruridir. İngilis dilində tədris üçün isə tələbələrin qəbul zamanı Dövlət İmtahan Mərkəzinin imtahanından 100 bal üzərindən minimum 40 bal toplaması tələb olunur. Əgər bu şərtlərlə tələbə qəbulu həyata keçirilsə, abituriyentlərin seçimi müəyyən dərəcədə məhdudlaşa bilər və ya qəbul prosesi ADA Universiteti və digər beynəlxalq səviyyəli ali təhsil müəssisələrində olduğu kimi beynəlxalq (EST, SAT və s.) ballar əsasında aparılmalıdır. Yeni yaradılmış universitetin bu tipli tədris sistemini formalaşdırması müəyyən zaman tələb edir. Bununla belə, uzunmüddətli perspektivdə Qarabağ Universitetində ingilis dilində ixtisasların açılacağı ehtimalı yüksəkdir. Belə ki, ingilis dilində tədrisin həyata keçirilməsi üçün infrastruktur mövcuddur və bu istiqamətdə kadr hazırlığı davam etdirilir. Yaxın illərdə bu istiqamətdə tədrisin təşkil olunacağı gözlənilir. Hazırda isə formalaşma mərhələsində olan universitetdə tədris dili Azərbaycan dili olmaqla yanaşı, ixtisas fənlərinin müəyyən hissəsi ingilis dilində tədris olunur ki, bu da tələbələrə həm yüksək səviyyədə ingilis dili bacarıqları, həm də ixtisas bilikləri əldə etmək imkanı yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm