SOS! - Narkomaniya və kriminal məktəblərə ayaq açıb! – Nə etməli?
SOS! - Narkomaniya və kriminal məktəblərə ayaq açıb! – Nə etməli?
Yusif Nəzərli
15:13 01.12.2022
Elm və Təhsil
840
"Son zamanlar məktəblərdə baş verən neqativ hadisələrin qarşısı vaxtında alınmasa, bunun nəticələri hər birimiz üçün ağır olacaq".
Bu sözləri "Sherg.az"a təhsil eksperti Elşən Ramizoğlu məktəblərə ayaq açan narkomaniya və kriminal hadisələrdən danışarkən bildirib .
Onun sözlərinə görə, hər bir məktəbin fəaliyyət planında narkomaniyaya qarşı mübarizə tədbirləri görülməlidir:
"Hesab edirəm ki, şagirdləri narkotik aludəçiliyindən qorumaq üçün tək məktəblə kifayətlənməməliyik. Məktəblə valideyninin qarşılıqlı əlaqəsi olmalıdır. Şagird səhər məktəbə gəlir, günorta evə dönür. Beləliklə də, bundan sonra bir çox proseslər baş verir. Həm müəllim, həm sinif rəhbəri, həm direktor, həm də pisxoloqlar şagirdlərlə fərdi və qrup şəkilində söhbətlər aparmalıdırlar. Onların şagirdlərin şəxsiyyəti və həyat fəaliyyəti barədə məlumatlar toplamalıdırlar. Uşaqların davranışlarını müşahidə edib, onlara dərhal yardım göstərməlidirlər".
Ekspert onu da əlavə edib ki, bu kimi xoşagəlməz hallar çox vaxt valideyn diqqətsizliyindən dolayı baş verir:
"Valideynlər övladlarının kimlərlə dostluq etdiyinə, hara getdiyinə və yaxud cib xərcliyini hara xərcləndiyinə nəzarət etməlidirlər. Bəzən valideynlər övladlarını ərkəsöyün yetişdirir. Onlara çoxlu miqdarda pul verirlər. Təbii ki, bu zaman şagirdlər istədiyini əldə edə bilirlər. Nəticədə bir çox zərərli vərdişlər onlara daha əlçatan olur. O zaman ayılıb görürük ki, artıq şagird narkotik və ya başqa zərərli vərdişlərə qurşanıb. Ona görə də həm məktəb, həm də valideyn qarşılıqlı olaraq hüquq -mühafizə orqanları ilə əməkdaşlıq etməlidirlər. Bu kimi istənilməyən məsələlərdə şagirdlər hər zaman diqqət mərkəzində olmalıdırlar. Son vaxtlar görürük ki, şagirdlər evdə və ya məktəbdə dostları ilə danışarkən “Özümü öldürəcəm, səni öldürəcəm” kimi aqressiv danışdıqda onların hal və hərəkətlərini daha çox nəzarətdə saxlamalıyıq. Əks təqdirdə gec ola bilər”.
Şagirdlərin məktəbə soyuq silah gətirməsi hallarına gəlincə, E.Ramizoğlu vurğulayıb ki, bu prosesdə sinif rəhbəri çox diqqətli olmalıdırlar:
“Bu kimi hallarda məktəbin direktor və müavinləri mühüm rol oynayırlar. Bəzən sinifdə mütəmadi olaraq şagirdlərin çantası yoxlanılmalıdır. Son hadisələri nəzərə alaraq bu prosesdə məsuliyyəti olan hər kəs diqqətli olmalıdır. Əksər halda daha böyük problemlərlə üzləşəcəyik”.
Qeyd edək ki, son zamanlar sosial mediada narkomaniya və kriminal hadisələrin orta məktəblərə ayaq açmasına dair foto və ya videolar paylaşılır. Bu hal sosial şəbəkələrdə, eləcə də ölkə ictimaiyyətində ciddi müzakirə və narahatlıqlara səbəb olur.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya