Təhsil eksperti: Bu gün yerdəyişə bilməyənlər bir ildən sonra bundan yararlana biləcəklər
Yusif Nəzərli
13:18 30.08.2024
Elm və Təhsil
696
Bu gün saat 18:00-da şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün sy.edu.az elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılacaq.
Sherg.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, yerdəyişmə prosesinə II-IX və XI sinif şagirdləri üçün 8 avqust 2024-cü il saat 15:00-dan, X siniflər üçün isə 15 avqust 2024-cü il saat 15:00-dan etibarən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
Təhsil eksperti Elçin Murad “Sherg.az”a bildirib ki, şagirdlərin yerdəyişməsi zamanı şəffaflıq birmənalı qarşılana bilməz:
“Çünki valideynlərin əksəriyyəti övladını oxutmaq istədiyi məktəbdə hansısa yol ilə qeydiyyata saldırır. Əlimizdə dəlil olmasa da bilirik ki, bu cür olur. Bu gün 18:00 da bitən qeydiyyata düşə bilməməyin əsas səbəbi isə bir çoxunun məsələdən xəbərdar olmamasıdır. Onlar hələ vaxtın olduğunu düşünürlər. Bir qisim valideyinin isə elektron sistem vasitəsilə köçürülmə və ya yerləşdirilmə ilə bağlı ümumiyyətlə məlumatı yoxdur. Məlumat olmadığına görə də hərəkətə keçə bilmirlər. Bu mənada valideynlər məktəbə yaxınlaşa və ya Təhsil Nazirliyinin qaynar xəttinə müraciət edərək kömək istəyə bilərlər. Bu gün yerdəyişə bilməyənlər isə bir ildən sonra və ya yanvar sessiyasında prosses həyata keçirilərsə, bundan yararlana biləcəklər. Yəni 1-ci rübün sonu, 2-ci rübün başlanğıcında yerdəyişmə edə biləcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial