Təhsil yox, telefon var: Qızlar da, oğlanlar da məktəbdən qaçır
04:31 07.08.2025
Elm və Təhsil
517
“Statistika kağız üzərindədir, siniflər isə boşdur"
Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan 9 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı sosial mediada yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurub. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal aidiyyəti qurumlarla birgə araşdırma aparıb. Araşdırmalar zamanı uşağın zorakılığa məruz qalmasına dair iddialar təsdiqini tapmasa da, onun təhsildən yayındırıldığı müəyyən olunub.
Məlum olub ki, uşağın şəxsiyyətini təsdiq edən sənədi yoxdur və bu səbəbdən də o, məktəbə cəlb olunmayıb. Hazırda onun təhsilə qaytarılması və sənədlərinin rəsmiləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Bu hal bir daha göstərir ki, sənədsizlik yalnız hüquqi deyil, həm də sosial risklər doğurur və azyaşlıların inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Mövzu ilə bağlı Sherg.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib ki, bu, təhsildən yayındırılma ilə bağlı aşkarlanan tək hal deyil:
“Azərbaycan məktəblərində təhsil davamiyyəti ilə bağlı ciddi problemlər var və bu, təkcə qız uşaqları ilə məhdudlaşmır. Əgər məktəblərdə real monitorinqlər aparılsa, aydın olar ki, sinif otaqları faktiki olaraq boşdur, oğlanlar da məktəbdən yayınır. Statistika kağız üzərində nəyisə göstərsə də, gerçək həyat başqa mənzərəni ortaya qoyur. Bu səbəbdən də biz yalnız rəqəmlərə deyil, reallığa əsaslanmalıyıq. Qız uşaqlarının təhsildən kənarda qalmasının başlıca səbəblərindən biri sosial-iqtisadi çətinliklərdir. Bəzi ailələr maddi vəziyyətin ağırlığına görə qızlarını məktəbə göndərmir, onları ev işlərinə cəlb edir, erkən yaşda ailə qurmağa sövq edirlər. Halbuki qanunvericilikdə erkən nikahın qarşısı alınmalı olduğu qeyd olunub. Ancaq bu halların qarşısı yalnız kağız üzərində deyil, praktiki müstəvidə alınmalıdır. Bu prosesdə yerli idarəetmə strukturları, bələdiyyələr aktiv rol oynamalı, məsuliyyət daşımalı və hər kənddə vəziyyətə nəzarət etməlidirlər. Sovet dövründə təhsil ən ucqar dağ kəndlərində belə təmin olunurdu. Bu nümunəni bugünkü şəraitə uyğunlaşdıraraq, yenidən həyata keçirmək mümkündür”.
N.Cəfəroğlunun fikrincə, sosial şəbəkələr, televiziya və medianın rolu bu məsələdə çox böyükdür. Bu mövzu geniş müzakirəyə çıxarılmalıdır:
“Psixoloqlar, hüquqşünaslar, müəllimlər, həkimlər və vətəndaş cəmiyyəti nümayəndələri bu məsələnin müzakirəsində iştirak etməlidirlər. Çünki əgər bu gedişat davam edərsə, bir neçə ilə gənc nəslin 50 faizini itirmək təhlükəsi ilə üz-üzə qala bilərik – həm təhsil baxımından, həm də sosial tərbiyə nöqteyi-nəzərindən. Gənclərə baxırsan, 10 faizi bağlanıb, qalanı lütlənib. Mədəni mühitin formalaşması üçün əvvəlki dövrlərdə kəndlərdə mövcud olan “Klub” mərkəzləri nümunə ola bilər. O zaman bu məkanlarda insanlar toplanar, filmlər izlənər, maarifləndirici tədbirlər keçirilərdi. Klub fəaliyyətləri təkcə əyləncə deyil, həm də maarifləndirici və peşəyönümlü dərnəklərlə zəngin idi. Bu dərnəklər gəncləri cəmiyyətə qazandırmaqda mühüm rol oynayırdı.İndi bilmirəm kənd məktəblərində belə klublar qalırmı?! Qaldırdığınız məsələ çox ciddi və əhəmiyyətlidir. Çox da iş görmək olar, təşəbbüsləri dəstəkləyən olsa! Bugünkü şəraitdə bu cür mədəni məkanların olmaması, gənclərin bütün gününü telefonda keçirməsinə səbəb olur. Halbuki dövlət proqramı çərçivəsində belə təşəbbüslər həyata keçirilsə, insanlar, xüsusilə də gənclər, bu, sosial asılılıqdan qopa bilər. Tərbiyəvi, yaradıcı və faydalı fəaliyyətlərlə məşğul olmaq üçün alternativlər yaradılmalıdır. Müəllimlər, yerli icmalar, bələdiyyələr, QHT-lər və jurnalistlər birlikdə işləsək, böyük nəticələr əldə edə bilərik. Təhsil və tərbiyə sahəsində aparılan bütün müsbət dəyişiklikləri işıqlandıraraq, həm maarifləndirici, həm də ictimai təzyiq vasitəsi kimi media gücündən istifadə edə bilərik. Baxın, görün nə gözəl olar!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya